İsrail XİN: "FlyDubai" təyyarəsindəki insident terror cəhdi kimi qiymətləndirilir
30 sentyabr 2026, 20:45 · Mənbə: Report.az

Dubaydan Təl-Əvivə uçan "FlyDubai" təyyarəsinin göyərtəsində baş vermiş insident hədəfi israillilər, BƏƏ və "İbrahim sazişləri" olan terror cəhdi kimi qiymətləndirilir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Dubaydan Təl-Əvivə uçan "FlyDubai" təyyarəsinin göyərtəsində baş vermiş insident hədəfi israillilər, BƏƏ və "İbrahim sazişləri" olan terror cəhdi kimi qiymətləndirilir.
"Report" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.
İsrail tərəfinin ilkin məlumatına görə, pilotlardan biri göyərtəsində çox sayda sərnişinin olduğu təyyarəni qəsdən qəzaya uğratmaq niyyətində olub. Açıqlamada qeyd olunub ki, sərnişinlərin hərəkətləri və hadisə zamanı peşəkarlıq nümayiş etdirən digər pilotun sayəsində mümkün fəlakətin qarşısı alınıb.
İsrail XİN qeyd edib ki, baş verənlər İsrail ilə BƏƏ arasındakı münasibətlərə xələl gətirə və regionda əldə olunan irəliləyişi dayandıra bilməz.
"Sülhü və normallaşmanı pozmağa çalışanlar regionun gələcəyini müəyyən etməyəcəklər. İsrail BƏƏ ilə münasibətləri yüksək qiymətləndirir, iki ölkə və xalq arasındakı əlaqələrin möhkəmləndirilməsinə sadiqdir", -məlumatda bildirilib.
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18