İsrail 5-7 oktyabrda Qərb Şəriyədə və Qəzzədə keçid məntəqələrini bağladı
4 oktyabr 2026, 14:45 · Mənbə: Anadolu Ajansı

İsrail oktyabrın 5-dən 7-dək Qərb Şəriyə və Qəzza zolağındakı keçid məntəqələrini bağlayacağını açıqlayıb.
Anadolu Ajansı yazır ki, İsrail müdafiə naziri Yisrael Katz təhlükəsizlik qiymətləndirməsinə əsasən ordunun məsləhəti ilə Qərb Şəriyə və Qəzza zolağında məhdudiyyətlərin tətbiq edilməsi qərarını açıqlayıb.
Bu qərar 2023-cü ilin oktyabrın 7-də baş vermiş hadisələrin ildönümü ilə əlaqədar keçiriləcək tədbirlər səbəbindən verilib.
İsrail 5-7 oktyabr tarixlərində işğal altında olan Qərb Şəriyə və Qəzza zolağındakı bütün keçid məntəqələrini bağlayacaq.
İsrail bundan əlavə daha əvvəlki həftə Sukot bayramı münasibətilə Qərb Şəriyədə keçid məntəqələrində nəqliyyatın dayandırıldığını açıqlamışdı.
Daha əvvəl işğal altındakı Qərb Şəriyədə hərbi tədbirlər sərtləşdirilmiş və Fələstinlilərin hərəkət azadlığı məhdudlaşdırılmış, Doğu Qüds və digər bölgələrdə işləyən fələstinli işçilərin keçidi də qadağan olunmuşdu.
Oxşar xəbərlər

Dünya
Livan Prezidenti İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham edib
Report.az · 19 oktyabr 2026, 15:17

Dünya
Rubio: ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün Orta Dəhlizi inkişaf etdirmək niyyətindəyik
Report.az · 19 oktyabr 2026, 14:17

Dünya
Günel Bədəlova: "ISMF-nin vitse-prezidenti seçilməyim Azərbaycan üçün yeni imkanlar yaradır"
Report.az · 19 oktyabr 2026, 13:47

Dünya
Portuqaliyada parlament binası qarşısında genişmiqyaslı mitinq keçirilə bilər
Report.az · 19 oktyabr 2026, 13:17