TopXəbər

İran Meclis sədri ABŞ təhdidlərinə sərt reaksiya verdi

29 sentyabr 2026, 11:45 · Mənbə: Anadolu Ajansı

İran Meclis sədri ABŞ təhdidlərinə sərt reaksiya verdi

İran Meclis sədri Məcid Kalibaf ABŞ-ın təhdidlərinə sərt cavab verib. O, ölkənin təhlükəsizliyi təmin olunmazsa, infrastrukturun təhlükə altında olduğunu bildirib.

Anadolu Ajansı yazır ki, İran Meclis sədri Məcid Kalibaf parlamentin açıq iclasında çıxış edib.

Kalibaf ABŞ Prezidenti Donald Trampın İran xalqına qarşı təhdidlərini tənqid edib və Vaşinqtonun İran siyasətindən əl çəkməli olduğunu vurğulayıb.

O, ABŞ-ın təzyiq və blokadalarının İranı geri çəkilməyə vadar etməyəcəyini, hər hücuma sərt və gecikməz cavab veriləcəyini söyləyib.

Kalibaf Hörmüz boğazının ABŞ-ın nəzarətində olduğunu iddia edən Trampın sözlərini xəyalpərəstlik adlandırıb. Onun sözlərinə görə, İranın neft satmadığı yerlərdə heç kim neft sata bilməz və təhlükəsizlik təmin olunmazsa, heç bir infrastruktur təhlükəsiz olmaz.