İran HDQ Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduqlarını açıqlayıb
13 noyabr 2026, 15:17 · Mənbə: Report.az

İranın Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus "MQ-1 Predator" pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus "MQ-1 Predator" pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İran mediasına istinadən məlumat yayıb.
Bildirilib ki, PUA Kuhestak bölgəsində Sirik şəhərinin sahilində vurulub.
İran HDQ ölkənin ərazi bütövlüyünü, dəniz sərhədlərini və maraqlarını qoruyarkən bir an belə tərəddüd etməyəcəklərini bir daha bəyan edib.
Mediada həmçinin zərərsizləşdirilmiş aparatın hissələrinin əks olunduğu ehtimal edilən görüntülər də yayılıb. "Al Jazeera" qeyd edir ki, bu kadrların həqiqət olub-olmadığı hələ təsdiqlənməyib.
Oxşar xəbərlər




Dünya
Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək
Report.az · 21 noyabr 2026, 20:17