Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək
21 noyabr 2026, 20:17 · Mənbə: Report.az

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bütün Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna, Rusiya və ABŞ arasındakı danışıqların hazırlanmasında iştirak edə biləcək, bununla belə, orada bilavasitə səkkiz nümayəndə iştirak edəcək.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bütün Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna, Rusiya və ABŞ arasındakı danışıqların hazırlanmasında iştirak edə biləcək, bununla belə, orada bilavasitə səkkiz nümayəndə iştirak edəcək.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski onlayn brifinqdə bildirib.
Prezidentin sözlərinə görə, Avropadan danışıqları aparan tərəflər - Fransa, İtaliya, Böyük Britaniya, Polşa, Almaniya, Avropa Şurası, Avropa Komissiyası və NATO-dan olacaq. Aİ ölkələri Ukrayna ilə birlikdə əvvəlcədən hazırlanacaq ümumi gündəliyi (danışıqlar planı - red.) təqdim edəcəklər.
Oxşar xəbərlər

Dünya
Qalibaf: ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb
Report.az · 22 noyabr 2026, 15:17


