Əraqçi: Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil
21 noyabr 2026, 20:47 · Mənbə: Report.az

ABŞ tərəfi İranın irəli sürdüyü şərtləri qəbul etsə, Hörmüz boğazı açıla bilər.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ tərəfi İranın irəli sürdüyü şərtləri qəbul etsə, Hörmüz boğazı açıla bilər.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Oman Sultanlığında səfərdə olarkən deyib.
"Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil. Bunun üçün ABŞ-nin İranın beynəlxalq hüquqa uyğun və ağlabatan şərtlərini qəbul etməsi kifayətdir.
Mövcud vəziyyətdən çıxış yolu yoxdur, yalnız o halda mümkündür ki, ABŞ öz səhvlərini etiraf etsin və əvvəlki öhdəliklərini yerinə yetirsin", - nazir "Telegram" kanalında yazıb.
Bundan başqa, İranla Omanın Fars körfəzi regionunda yeni təhlükəsizlik strukturlarının yaradılması məsələsini müzakirə etdiyi vurğulanıb.
"Regional məsələlərdə Omanla mütəmadi məsləhətləşmələr aparırıq. Xüsusilə Fars körfəzi regionunda yeni təhlükəsizlik strukturlarının yaradılması məsələsi mühüm əhəmiyyət daşıyır", - o qeyd edib.
Əraqçi bildirib ki, regionun təhlükəsizliyi daxili imkanlara əsaslanmalıdır: "Bu istiqamətdə artıq dialoqa başlanılıb".
Oxşar xəbərlər

Dünya
Qalibaf: ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb
Report.az · 22 noyabr 2026, 15:17


