İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb
30 sentyabr 2026, 17:45 · Mənbə: Report.az

İndoneziya sahillərində, Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İndoneziya sahillərində, Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinə istinadən "Xinhua" agentliyi məlumat yayıb.
Xilasetmə komandaları itkin düşmüş 57 nəfərin axtarışlarını aparır, digər 108 nəfər isə təhlükəsiz şəkildə təxliyə edilib.
Göyərtəsində 243 sərnişin olan "Virgo Transport 8" gəmisi sentyabrın 12-də Şərqi Yavadakı Surabayadan Cənubi Kalimantandakı Bancarmasin istiqamətində yola düşüb. Pis hava şəraitinə görə sentyabrın 13-də onunla əlaqə kəsilib.
Xilasedicilər cəsədləri gəminin qalıqları altından və Mərkəzi Kalimantan əyalətinin sahilləri boyu çıxarıblar.
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18