IMF: Orta Dəhliz Cənubi Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirəcək
15 oktyabr 2026, 09:17 · Mənbə: Report.az

Orta Dəhlizə potensial investisiyalar, Çin, Avropa və Yaxın Şərqlə ticarətin artırılması imkanları Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirməsi üçün imkanlardır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta Dəhlizə potensial investisiyalar, Çin, Avropa və Yaxın Şərqlə ticarətin artırılması imkanları Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirməsi üçün imkanlardır.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur "Yaxın Şərq və Mərkəzi Asiya regional iqtisadiyyatının inkişaf proqnozu" mövzusunda keçirilən brifinq zamanı deyib.
IMF nümayəndəsinin sözlərinə görə, region dövlətləri artıq infrastrukturun inkişafına əhəmiyyətli vəsait yatırırlar, lakin bu proses vaxt tələb edir:
"Orta Dəhlizin potensialı və Çin, Avropa və Yaxın Şərqlə ticarətin genişlənməsi Qafqaz və Mərkəzi Asiya (MA) ölkələrinə qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün geniş imkanlar açır. İnfrastruktura sərmayələrin yatırımları ilə yanaşı, institusional bazanın təkmilləşdirilməsi, özəl sektorun miqyasının genişləndirilməsi, dövlət müəssisələrində islahatların aparılması və dövlətin iqtisadiyyatdakı rolunun optimallaşdırılması uğurlu inteqrasiya üçün əsas şərtlər olaraq qalır".
O qeyd edib ki, region investisiya və miqrasiya axınlarının yenidən istiqamətləndirilməsindən, kapital qoyuluşlarının artırılmasından və logistik marşrutların dəyişməsindən faydalanıb:
"Nəticədə son illərdə bu ölkələrdə iqtisadi artım templəri regionun əksər digər dövlətlərinə nisbətən daha yüksək olub. Proqnozlarımıza görə, 2026-2027-ci illərdə artım templəri tədricən yaxınlaşsa da, eyni zamanda ayrı-ayrı ölkələrin iqtisadi dinamikasında müəyyən fərqlər də müşahidə edirik".
Oxşar xəbərlər

İqtisadiyyat
Dünya Bankı ilə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib
Report.az · 19 oktyabr 2026, 15:47

İqtisadiyyat
Azad edilmiş ərazilərdə qazla təmin olunan yaşayış məntəqələrinin sayı açıqlanıb
Report.az · 19 oktyabr 2026, 15:17

İqtisadiyyat
Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib
Report.az · 19 oktyabr 2026, 13:47

İqtisadiyyat
ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb
Report.az · 19 oktyabr 2026, 13:17