Dünya Bankı ilə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib
19 oktyabr 2026, 15:47 · Mənbə: Report.az

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı maliyyə sektorunun inkişaf meyillərini müzakirə edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı maliyyə sektorunun inkişaf meyillərini müzakirə edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov və maliyyə nazirinin I müavini Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantıları çərçivəsində WB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə keçirilən görüşdə iştirak edib.
Görüşdə ölkədə makroiqtisadi mühit, maliyyə sektorunun inkişaf meyilləri və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin cari statusu barədə məlumat verilib. Bundan əlavə, Azərbaycan və Dünya Bankı arasında uzunmüddətli, səmərəli əməkdaşlığın ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsinə, maliyyə sektorunun inkişafına, dayanıqlı iqtisadi artıma mühüm töhfə verdiyi vurğulanıb.
Görüşdə həmçinin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına dəstək mexanizmləri, eləcə də Dünya Bankının 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsi çərçivəsində həyata keçirilən və nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycanın sağlamlıq turizmi "Kurort" QSC tərəfindən Özbəkistanda təbliğ edilib
Report.az · 19 oktyabr 2026, 19:17

İqtisadiyyat
ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 7 %-dən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
Report.az · 19 oktyabr 2026, 17:17