TopXəbər

İlham Əliyev: İŞğal olunan ölkə kimi insanlarımızın adi hüquqlarının pozulması ilə heç vaxt barışmayacaqdıq

27 oktyabr 2026, 10:17 · Mənbə: Report.az

İlham Əliyev: İŞğal olunan ölkə kimi insanlarımızın adi hüquqlarının pozulması ilə heç vaxt barışmayacaqdıq

Son illərdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi olub.

Yeniliklərdən dərhal xəbərdar olun!

Son illərdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi olub.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı deyib ki, illər ərzində danışıqlar hər hansı nəticəyə gətirib çıxarmadı, və əslində, danışıqlar formatı elə bir şəkildə idi ki, nəinki münaqişə həll olunmasın, hətta o dondurulmuş vəziyyətdə qalsın:

"Görünür, böyük güclər dünyada bunun üzərində bir konsesusa gəlmişdilər. Lakin onlar Azərbaycan xalqının və hökumətinin planları və ideyaları ilə münasibətdə səhv hesablamalar aparmışdır. Çünki biz işğal olunmuş ölkə kimi insanlarımızın adi insan hüquqlarının pozulması ilə heç vaxt barışmayacaqdıq, onlar bunu bilməli idi".

Siyasət

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Report.az · 10 noyabr 2026, 19:47