TopXəbər

Hörmüz boğazından keçən tanker iki dəfə hücuma məruz qalıb

17 noyabr 2026, 14:17 · Mənbə: Report.az

Hörmüz boğazından keçən tanker iki dəfə hücuma məruz qalıb

Hörmüz boğazından keçən tanker Xəsabdən (Oman) 7 dəniz mili şimalda iki dəfə hücuma məruz qalıb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Hörmüz boğazından keçən tanker Xəsabdən (Oman) 7 dəniz mili şimalda iki dəfə hücuma məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilib.

"Hörmüz boğazından keçən tankerin hücuma məruz qalması barədə məlumat daxil olub. Nəticədə gəmi sıradan çıxıb və mühərrik bölməsində yanğın başlayıb. Ekipaj təhlükəsiz vəziyyətdədir", - məlumatda qeyd edilib.

Bildirilib ki, göyərtədəki yanğın ikinci zərbədən sonra baş verib.

İnsidentlə bağlı araşdırma aparılır.