TopXəbər

Günəşdə güclü alışma baş verib

18 noyabr 2026, 00:47 · Mənbə: Report.az

Günəşdə güclü alışma baş verib

Günəşdə çərşənbə axşamı axşam saatlarında gücünə görə ikinci ən yüksək sinifdən əvvəlki M sinfinə aid alışma qeydə alınıb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Günəşdə çərşənbə axşamı axşam saatlarında gücünə görə ikinci ən yüksək sinifdən əvvəlki M sinfinə aid alışma qeydə alınıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Bildirilib ki, noyabrın 17-də Bakı vaxtı ilə saat 19:49-da 4578 ləkələr qrupunda (S11W66) rentgen diapazonunda M1.1 sinfinə aid, 14 dəqiqə davam edən alışma qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl Günəşdə qısa fasilədən sonra zəif alışmaların yenidən başladığı bildirilmişdi.