Gerlind Hekman: "Sülh regionda müsbət iqtisadi inkişafa töhfə verir"
6 oktyabr 2026, 13:15 · Mənbə: Report.az

Ermənistanla Azərbaycan arasında sülh regionda müsbət iqtisadi inkişafa töhfə verir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanla Azərbaycan arasında sülh regionda müsbət iqtisadi inkişafa töhfə verir.
"Report" xəbər verir ki, bunu Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyində baş direktor müavini Gerlind Hekman Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, Almaniya ümid edir ki, yaxın gələcəkdə növbəti addımlar atıla bilər: "Onilliklər ərzində münaqişə regiondakı siyasi və iqtisadi reallıqları formalaşdırmışdı və bu mənzərə indi dəyişməyə başlayır. Bu, həqiqətən də çox yaxşıdır".
G. Hekman bildirib ki, Almaniya kansleri iki ölkə arasında əldə olunmuş razılaşmaları həqiqətən tarixi addım kimi qiymətləndirib: "O vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülh təkcə regionun özünün maraqlarına deyil, əlbəttə ki, həm də Avropanın və Almaniyanın maraqlarına cavab verir. Bu, yeni nəqliyyat əlaqələrinə imkan verəcək, yeni bazarları kəşf etməyə, onları üzə çıxarmağa və investorlara uzunmüddətli planlar qurmağa şərait yaradacaq".
Oxşar xəbərlər

İqtisadiyyat
Kiril Kuçinski Oktyabrın 23-də Mərkəzi Bankın İclasından Sonra Əsas Faiz Dərəcəsini Proqnozlaşdırıb
News.ru · 18 oktyabr 2026, 16:18

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Report.az · 17 oktyabr 2026, 14:47