Gəncədə amputant futbolçular arasında yoldaşlıq oyunu keçirilib
5 noyabr 2026, 17:47 · Mənbə: Report.az

Bu gün Futbolun İnkişaf Fondunun (FİF) təşkilatçılığı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun (QDF) birgə elan etdiyi qrant müsabiqəsi çərçivəsində Gəncə şəhərində işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi ilə bağlı maarifləndirmə məqsədi daşıyan layihə həyata keçirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı, QDF-in İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müşaviri Fikrət Vəliyev və FİF-in icraçı direktoru Tural Piriyev çıxış edib.
Çıxışlarda futbolun gücündən istifadə etməklə işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi ilə bağlı maarifləndirmənin aparılmasının, minadan zərər çəkənlərin cəmiyyətə inteqrasiyasının və sosial fəallığının artırılmasının, eləcə də amputant futbolunun inkişafı və əlilliyi olan şəxslərin idmana cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş QHT-lərin IV Əməkdaşlıq Forumu çərçivəsində amputant futbolçular arasında yoldaşlıq oyunu təşkil edilib.
Tədbirin sonunda futbolçulara təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
YENİLƏNİR
Oxşar xəbərlər

İdman
Harri Keyn İngiltərə millisində oyun sayına görə rekord müəyyənləşdirib
Report.az · 13 noyabr 2026, 01:47

İdman
Argentina millisi baş məşqçisi Lionel Skaloni ilə müqavilənin müddətini uzadıb
Report.az · 12 noyabr 2026, 22:48

İdman
"Neftçi"nin aşağı yaş qruplarından ibarət komandaları üçün antidopinq seminarı təşkil edilib
Report.az · 12 noyabr 2026, 18:17