Prezident ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı dəyişikliyi imzalayıb
23 noyabr 2026, 14:17 · Mənbə: Report.az

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydaları tibb xidmətinə də şamil ediləcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydaları tibb xidmətinə də şamil ediləcək.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna edilmiş dəyişikliyi imzalayıb.
Sənədə əsasən, dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Belə ki, tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.
Oxşar xəbərlər


Siyasət
Milli Məclis məhkəmə eksperti olmaq istəyən şəxslərin ixtisas uyğunluğu tələbini ilk oxunuşda qəbul edib
Report.az · 24 noyabr 2026, 13:47

Siyasət
Ağdərə və Xocalı rayonlarının sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Report.az · 24 noyabr 2026, 11:17

Siyasət
Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib
Report.az · 23 noyabr 2026, 22:17