Fransada isti hava üzüm yığımının əvvəlcədən başlamasına səbəb olub
Fransanın Bordo bölgəsində və digər ərazilərdə yaz aylarının istiləri və quraqlıq üzüm yığımının erkən başlanmasına gətirib çıxarıb. Əkinçilər bildirir ki, iqlim dəyişiklikləri uzun illərdir bu prosesi sürətləndirir və fermerlər daha az su tələb edən məhsullara üstünlük verir.
Bordo bölgəsi də daxil olmaqla, Fransanın bir sıra üzümçüləri ötən cümə axşamı üzüm yığımına başlayıblar. Bu, ardıcıl isti hava dalğaları, quraqlıq və dağıdıcı meşə yanğınları ilə yadda qalan yaydan sonra tarixi rekord sayılır. Sud Ouest qəzetinə danışan üzüm yığım işçisi bildirib: “Adətən, bu vaxtda hələ tətil günlərimizdə olardıq.”
Ətraf mühitdəki çətinliklərə baxmayaraq, şərab istehsalçıları keyfiyyətin təsirlənməyəcəyini vurğulayır. Iqlim dəyişiklikləri səbəbindən yığım mövsümü ölkə üzrə erkən başlayır. Bu isə fermerləri daha az su tələbatlı məhsullara keçməyə vadar edir.
Bu məsələ ilə bağlı Caitlin Brown məlumat hazırlayıb.



