Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb
1 oktyabr 2026, 02:45 · Mənbə: Report.az

Fransada təhsil müəssisələri əməkdaşlarının və yuxarı sinif şagirdlərinin etiraz aksiyasındakı iğtişaşlar zamanı 200-dən çox insan xəsarət alıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransada təhsil müəssisələri əməkdaşlarının və yuxarı sinif şagirdlərinin etiraz aksiyasındakı iğtişaşlar zamanı 200-dən çox insan xəsarət alıb.
"Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes və milli təhsil naziri Eduar Jeffre mətbuat konfransında məlumat yayıblar.
Onların məlumatına görə, xəsarət alanlar arasında hüquq-mühafizə orqanlarının 83 əməkdaşı var.
"Ötən cümə günündən bəri 119 şagird və məktəb əməkdaşı xəsarət alıb", - E.Jeffre dəqiqləşdirib.
O bildirib ki, bir çoxları pirotexnika vasitələrinin və etirazçıların atdığı ağır əşyaların dəyməsi nəticəsində xəsarət alıblar.
L.Nünyesin sözlərinə görə, hazırda Fransa Milli Polisinin Baş İnspeksiyası (IGPN) üç epizod üzrə araşdırma aparır: kütləni dağıtmaq üçün atlı polisdən istifadə olunan Sevranda, nümayişin dağıdılması zamanı məktəblinin başından xəsarət aldığı Turda, eləcə də məktəblinin bir qrup polislə davaya başladığı Sent-Uan-L'Omon kommunasında.
Xatırladaq ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən həftə Parisin İl-de-Frans regionunda başlayıb, daha sonra isə Fransanın digər regionlarına yayılıb. Nümayişçilər həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxış edirlər.
Son məlumatlara görə, etirazlar və iğtişaşlar zamanı 625 nəfər saxlanılıb ki, onların da əksəriyyəti yetkinlik yaşına çatmayanlardır.
Oxşar xəbərlər

Dünya
Cey Di Vens Fransadakı etirazlarda zorakılığı qərb liberalları törədib deyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 16:47

Dünya
Ukrayna Sankt-Peterburqa pilotsuz hücum edib, biri ölüb, neft emalı zavodu yanıb
France 24 · 18 oktyabr 2026, 16:47


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17