"Fitch" Azərbaycanın büdcə perspektivlərini və monetar siyasətini qiymətləndirib
6 oktyabr 2026, 13:48 · Mənbə: Report.az

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin profisitinin ÜDM-in 3,7 %-i qədər olacağı gözlənilir.
Yeniliklərdən dərhal xəbərdar olun!
2026-cı ildə Azərbaycanın icmal büdcəsinin profisitinin ÜDM-in 3,7 %-i qədər olacağı gözlənilir.
"Report" xəbər verir ki, bunu "Fitch Ratings"in baş direktoru, Şərqi Avropa üzrə suveren reytinqlər qrupunun rəhbəri Erik Arispe Morales (Erich Arispe Morales) Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" tədbiri çərçivəsində bildirib.
Onun proqnozuna görə, bu göstərici 2027-ci ildə ÜDM-in 1,3 %-nə, 2028-ci ildə isə 0,7 %-nə qədər azalacaq:
"2026-cı ildə dövlət borcu ÜDM-in 19,6 %-nə qədər enəcək, 2027-ci ildə ÜDM-in 19,8 %-nə çatacaq, 2028-ci ilə qədər isə ÜDM-in 21,6 %-nə qədər artacaq".
A.Moralesin qeyd edib ki, pul-kredit siyasəti alətlərinin təkmilləşdirilməsində və qeyri-neft sektorunun milli iqtisadiyyata töhfəsinin artırılmasında Azərbaycan müsbət nəticələr göstərir, bununla belə iqtisadi artım dinamikası və inflyasiya səviyyəsi ölkə üçün əsas çağırışlar olaraq qalır.
Ekspertin qiymətləndirməsinə görə, əhəmiyyətli dollarlaşma və daxili maliyyə bazarının kifayət qədər dərin olmaması kimi məhdudlaşdırıcı hallara baxmayaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) likvidliyin idarə edilməsinin adaptivliyini və nəticəliliyini əhəmiyyətli dərəcədə artırıb: "Son zamanlar biz kredit fəallığını stimullaşdırmaq məqsədilə tənzimləyicinin faiz dəhlizi parametrlərini yumşaltması üzrə addımlarını müşahidə etdik və bütövlükdə AMB monetar alətlərin inkişafını davam etdirərək səmərəli fəaliyyət göstərib".
Oxşar xəbərlər

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Report.az · 17 oktyabr 2026, 14:47

İqtisadiyyat
Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Report.az · 17 oktyabr 2026, 14:17