Erdem Tındaş: Birgə istehsal layihələrimizin Azərbaycan iqtisadiyyatına töhfə verməsinə çalışırıq
1 oktyabr 2026, 12:15 · Mənbə: Report.az

Birgə istehsal layihələrinin Azərbaycanın yerli iqtisadiyyatına töhfə verə biləcək şəkildə reallaşdırılmasına səy göstərilir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Birgə istehsal layihələrinin Azərbaycanın yerli iqtisadiyyatına töhfə verə biləcək şəkildə reallaşdırılmasına səy göstərilir.
Bunu Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində "Report"a açıqlamasında Türkiyənin "Armelsan Savunma" şirkətinin baş direktorunun Biznesin inkişafı və müqavilələr üzrə müavini Erdem Tındaş deyib.
O, aidiyyəti dövlət qurumları və tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi yönündə danışıqlar aparıldığını vurğulayıb.
Şirkət rəsmisi sərgidə bir sıra məhsullarının nümayiş etdirildiyini bildirib:
"ADEX 2026 sərgisində Azərbaycan Hərbi Dəniz Qüvvələri və Azərbaycandakı digər tərəfdaşlarımız üçün faydalı olacağını düşündüyümüz dalğıc təyinetmə akustik sistemini, həmçinin dərin qazma fəaliyyətlərində istifadə olunan "Kaşif" pilotsuz sualtı dəniz nəqliyyat vasitələrimizi nümayiş etdiririk".
Oxşar xəbərlər

Siyasət
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Report.az · 18 oktyabr 2026, 15:47

Siyasət
Latviya müstəqilliyin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Report.az · 18 oktyabr 2026, 15:17


Siyasət
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Report.az · 18 oktyabr 2026, 14:17