Emin Əmrullayev: Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir
5 oktyabr 2026, 10:45 · Mənbə: Report.az

Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib.
O bildirib ki, ölkədə təhsilin keyfiyyətli olması üçün işlər aparılır:
"PİSA nəticələrinə əsasən, Bakıda vəziyyət əvvəlki dövrlə müqayisədə daha yaxşıdır. Burada, əlbəttə ki, müəllimlərin əziyyəti var".
Nazir vurğulayıb ki, təhsildə vacib məqamlardan biri də öyrənmədir:
"Təhsilin bütün mahiyyəti şagirdlə bağlıdır. Onların öyrənib-öyrənməməsi maraqlıdır. Şagirdləri kənarda qoyub, özümüzü müzakirə etməməliyik".
E.Əmrullayev əlavə edib ki, ötən illər ərzində müəllimlərin işi azalmayıb, əksinə artıb.
Oxşar xəbərlər




Elm
Dünyəvilik dövlət institutlarının fəaliyyətində ümumi hüquqi prinsiplərin və bərabərliyin təmin olunmasıdır - RƏY
Report.az · 12 oktyabr 2026, 17:17