TopXəbər

Çinli alim əbədi həyatın perspektivlərini açıqlayıb

15 oktyabr 2026, 03:47 · Mənbə: News.ru

Çinli alim əbədi həyatın perspektivlərini açıqlayıb

Çinli alim başın başqa bədənə köçürülməsi və onun gənc vəziyyətdə saxlanılması mümkün olarsa, insanların əsrlərlə yaşaya biləcəyini deyib.

Çinli alim və ənənəvi Çin təbabəti Universitetinin ikinci səhiyyə xəstəxanasının ortopediya şöbəsinin müdiri Syaopin Ren bildirib ki, elm başın başqa bədənə köçürülməsi və onu gənc saxlamağa imkan verərsə, insanlar nəzəri cəhətdən əsrlərlə yaşaya bilərlər.

O əlavə edib ki, alimlərin mövzuya elmi baxışından belə prosedurun mümkün olduğunu sübut edən faktlar artıq vardır, lakin məsələ ətraflı araşdırma tələb edir.

Ren deyib ki, bədəni gənc saxlamaq və başı köçürmək mümkün olduğu elmi sübutlarla təsdiqlənib.

Əvvəllər Puertorikoda 107 yaşını qeyd etmiş uzunömürlülərdən biri, Mariya Morales, doğum günündən 3 saat 45 dəqiqə sonra vəfat edib. Oğlunun, Toni Moralesin sözlərinə görə, uzunömürlülüyün əsas sirri işləmək olub. O, içki və rəqsdən uzaq olub, sadə həyat tərzi sürüb. Hətta 90 yaşında belə torpaqla məşğul olub.

Elm

Vaxt ölçənlər sıçrayış saniyəsini ləğv edib

Al Jazeera · 15 oktyabr 2026, 11:48

Elm

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

Report.az · 12 oktyabr 2026, 15:18