Donald Trampın komandası süni intellektin risklərindən danışacaq
4 oktyabr 2026, 11:15 · Mənbə: Anadolu Ajansı

ABŞ prezidenti Donald Trampın yaradacağı süni intellekt komandasının 120 gün ərzində bu texnologiyanın risk və imkanlarına dair hesabat təqdim edəcəyi gözlənilir.
Anadolu Ajansı yazır ki, ABŞ Milli Kəşfiyyat Direktoru Cey Kleyton Donald Trampın formalaşdırdığı "Süper Zəka Qüvvəsi" adlanan komandanın süni intellektin riskləri və imkanları barədə 120 gün ərzində hesabat verəcəyini bildirib.
Komanda bu hesabatda süni intellekt texnologiyasının təhlükələrini və fürsətlərini dəyərləndirəcək və hökumətin məsuliyyətlərini müəyyənləşdirəcək.
Layihə çərçivəsində digər sahələrdə olduğu kimi dialoq vasitəsilə tənzimləmə mexanizmləri yaradılması planlaşdırılır. Mövcud qanunlar və ABŞ Konqresinin atacağı addımlar müzakirə olunacaq.
Məlumatı paylaşan mənbələr açıqlayıb ki, bu komanda risklərin idarə edilməsində əsas rolu sektora verilən səlahiyyətlərə əsaslanacaq.
"Süper Zəka Qüvvəsi"nin nizamnaməsində komandanın süni intellektdən yaranan təhdidlərə qarşı müdaxilə planları hazırlayacağı, eləcə də yenilik və rəqabəti maneə törədəcək əlavə tənzimləmələrdən yayınacağı vurğulanır.
Bundan başqa, təhlükəsizlik pozuntuları, kibertəhlükələr və süni intellektlə bağlı digər hadisələrin hökumətə necə bildirilməsi araşdırılacaq və mövcud səlahiyyətlər daxilində federal səviyyədə tədbirlər təklif ediləcək.
Tramp sentyabrın 19-da ölkəsini süni intellekt yarışında lider saxlayacaq bir komanda qurduğunu və komandanın rəhbərinə "Süni İntellekt Çarı" adı verəcəyini açıqlamışdı.
Sentyabrın 30-da isə o, prezident fərmanı ilə "süni intellekt" (AI) əvəzinə "süper zəka" (SI) terminindən istifadə edilməsini təsdiqləmişdi.
Oxşar xəbərlər

Dünya
Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq
Report.az · 19 oktyabr 2026, 11:47

Dünya
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
Report.az · 19 oktyabr 2026, 10:17

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47
