Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19 oktyabr 2026, 10:17 · Mənbə: Report.az

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Əlcəzairin Oran şəhərində keçirilən Dünya Kubokunun mərhələsində komanda yarışını 4-cü pillədə başa vurub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Əlcəzairin Oran şəhərində keçirilən Dünya Kubokunun mərhələsində komanda yarışını 4-cü pillədə başa vurub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət komanda ilk görüşündə ABŞ seçməsini 45:43 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib. Yığma 1/4 final mərhələsində Özbəkistan kollektivi ilə gərgin mübarizədən də eyni hesablı qələbə ilə ayrılaraq yarımfinala vəsiqə qazanıb.
Lakin əvvəlki iki görüşün gedişində Palina Kaspiaroviç və Zərifə Hüseynovanın zədələnməsi səbəbindən Azərbaycan seçməsi yarımfinalda sonradan Dünya Kubokunun qalibi olan Macarıstan yığması ilə qarşılaşmaya çıxa bilməyib. Beləliklə, komanda turniri 21 kollektiv arasında 4-cü pillədə tamamlayıb.
Şəxsi yarışlarda Anna Başta, Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini uğurla adlasalar da, pley-off görüşlərində məğlub olaraq əsas mərhələyə yüksələ bilməyiblər. Zərifə Hüseynova isə mübarizəni erkən dayandırıb.
Oxşar xəbərlər

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47

Dünya
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Report.az · 19 oktyabr 2026, 18:17

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17
