TopXəbər

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

19 oktyabr 2026, 11:47 · Mənbə: Report.az

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyi Kitab mükafatını bu il elan etmək istəyirdi, ancaq müəyyən maliyyə məsələləri yekunlaşmadığından alınmadı.

Yeniliklərdən dərhal xəbərdar olun!

Mədəniyyət Nazirliyi Kitab mükafatını bu il elan etmək istəyirdi, ancaq müəyyən maliyyə məsələləri yekunlaşmadığından alınmadı.

Bunu "Report"un sualına cavab olaraq Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə XII Bakı Beynəlxalq Kitab Sərgisinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mükafatla bağlı bütün hüquqi prosedurlar hazırlanıb:

"Hətta aidiyyəti üzrə təqdim olunub və məsələ razılaşdırılma mərhələsindədir. Mədəniyyət Nazirliyinin prioritetlərindən biri, bəlkə də birincisi, kitab mükafatı və tərcümə proqramıdır. Biz bunu qəbul edirik və hazırda bu istiqamətdə işləyirik".

Şöbə müdiri həmçinin Kitab mükafatının gələn il üçün elan olunacağını da bildirib:

"Hətta il ərzində bizə kifayət qədər kitab göndərənlər də olub. Məsələn, müəlliflərini tanımadığımız, müxtəlif bölgələrdən göndərilən kitablarla bağlı müraciətlər alırıq. Müəlliflər bildirirlər ki, Kitab mükafatında iştirak etmək istəyirlər. Bu da məsələnin aktuallığını göstərir".