Çempionlar Liqasında oynayan futbolçunun evi matç zamanı qarət olunub
15 oktyabr 2026, 19:48 · Mənbə: Report.az

İspaniyanın "Betis" klubunun futbolçusu Antoninin evi oktyabrın 14-də qarət olunub.
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Betis" klubunun futbolçusu Antoninin evi oktyabrın 14-də qarət olunub.

"Report" xəbər verir ki, hadisə braziliyalı hücumçunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Portu" (Portuqaliya) ilə matçda (3:2) iştirak etdiyi vaxt baş verib.
Oyunçu hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, maddi ziyandan daha çox ailəsinin təhlükəsizliyinin pozulmasından narahat olduğunu bildirib.
"Evimizə daxil olublar. Məni ən çox incidən və qəzəbləndirən maddi zərər deyil, özümüzü təhlükəsiz hiss etməli olduğumuz yerdə yaranan güvənsizlik hissidir. Ailəmə baxanda və yaxınlarımın gözlərində qorxu görəndə bu, dözülməz olur", – deyə Antoni qeyd edib.
Qeyd edək ki, Antoni 2025-ci ildə "Mançester Yunayted"dən "Betis"ə keçib. O, 2026/2027 mövsümündə 10 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər

İdman
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
Report.az · 19 oktyabr 2026, 20:17

İdman
Daniel Svensson: "Sabah"la oyunda meydana qələbə üçün çıxacağıq"
Report.az · 19 oktyabr 2026, 19:47

İdman
"Borussiya" Bakı Olimpiya Stadionunda "Sabah"la oyunöncəsi son məşqinə çıxıb
Report.az · 19 oktyabr 2026, 18:47
