Böyük Britaniya "Avanti West Coast" dəmir yolu operatorunu milliləşdirəcək
28 sentyabr 2026, 06:46 · Mənbə: Report.az

Böyük Britaniya hökuməti "Avanti West Coast" dəmir yolu operatorunu 2027-ci ilin martında milliləşdirəcək.
"Report"un xəbərinə görə, bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Heydi Aleksander "X" sosial şəbəkəsində məlumat verib.
"Bu gün, 28 sentyabrda Leyboristlər Partiyasının qurultayında "Avanti West Coast"u ilk fürsətdə milliləşdirəcəyimizi elan edəcəyəm", - nazir bildirib.
Hökumətin planlarını Böyük Britaniyanın Baş naziri və Leyboristlər Partiyasının lideri Endi Börnhem də təsdiqləyib. Onun sözlərinə görə, dəmir yolu şirkəti uçuşların ləğvi, gecikmələr, həddindən çox dolu vaqonlar və zəif xidmətlə üzləşməli olan sərnişinləri çox uzun müddət məyus edib.
"Sky News"un məlumatına görə, "First Trenitalia West Coast Rail" şirkəti 2032-ci ilə qədər "Avanti West Coast" xidmətlərini idarə etmək hüququna malik idi. Lakin hökumət 2027-ci ilin martın əvvəlində müqaviləni vaxtından əvvəl ləğvi hüququndan istifadə edib.
"7 martdan etibarən vergi ödəyicilərinin vəsaitləri artıq özəl operatorun xidmətlərinin ödənişi üçün istifadə olunmayacaq. Bunun əvəzinə, bütün vəsaitlər sərnişinlərin ehtiyaclarına yönəldiləcək", - Leyboristlər Partiyasının bəyanatında bildirilir.
Oxşar xəbərlər

Dünya
Qazaxıstanda ali məktəblərə mina yerləşdirilməsi barədə təhdid məktubları daxil olub
Report.az · 20 oktyabr 2026, 12:17

Dünya
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Report.az · 20 oktyabr 2026, 08:47

Dünya
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Report.az · 20 oktyabr 2026, 07:46

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17