TəciliRusiya Xarkov və Dniproda enerji infrastrukturlarına hücum edib

TopXəbər

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 oktyabr 2026, 21:49 · Mənbə: Report.az

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT noyabr ayında Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi planlarını alqışlayır və sülh prosesinə yardım etməyə hazır olduğunu bildirib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

BMT noyabr ayında Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi planlarını alqışlayır və sülh prosesinə yardım etməyə hazır olduğunu bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərə açıqlayıb.

"Biz həmişə bu müharibənin dayandırılmasına yönəlmiş dialoq üçün yeni imkanları alqışlayırıq. Həmişə beynəlxalq hüquqa, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə əsaslanan, müharibənin dayandırılması üzrə istənilən səyləri dəstəkləməyə hazırıq", - Düjarrik bildirib.