Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır
21 oktyabr 2026, 22:17 · Mənbə: Report.az

Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün Rusiya və Ukrayna ilə təmaslar həyata keçirir və Bolqarıstanın Müstəsna İqtisadi Zonasında (MİZ) iki ticarət gəmisinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücuma görə təəssüflənir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün Rusiya və Ukrayna ilə təmaslar həyata keçirir və Bolqarıstanın Müstəsna İqtisadi Zonasında (MİZ) iki ticarət gəmisinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücuma görə təəssüflənir.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstanın Baş naziri Rumen Radevlə telefon danışığında bildirib.
Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib ki, liderlər ikitərəfli əlaqələri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan telefon danışığında iki ölkənin əlaqələrini inkişaf etdirmək üçün addımlar atılacağını, ticarət başda olmaqla əməkdaşlığımı artıracaq konkret tədbirlər görüləcəyini bildirib.
Bolqarıstanın Baş naziri həmçinin 11-12 noyabrda Antalyada keçiriləcək COP31 Liderlər Zirvəsinə də dəvət olunub.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Bulgaristan Başbakanı Rumen Radev ile bir telefon görüşmesi gerçekleştirdi. Liderler, Türkiye-Bulgaristan ikili ilişkileri ile bölgesel ve küresel konuları ele aldı. Cumhurbaşkanı Erdoğan görüşmede, iki ülke ilişkilerini geliştirmek için adımlar atmayı sürdüreceğimizi, ticaret başta olmak üzere iş birliğimizi artıracak somut hamleler yapmaya devam edeceğimizi belirtti. Cumhurbaşkanımız, Türkiye olarak Karadeniz’de seyrüsefer emniyetini tesis etmek için Rusya ve Ukrayna ile temaslar gerçekleştirdiğimizi, Bulgaristan’ın Münhasır Ekonomik Bölgesinde gerçekleşen SİHA saldırısından üzüntü duyduğumuzu belirterek geçmiş olsun dileklerini ifade etti. Cumhurbaşkanı Erdoğan görüşmede, Bulgaristan Başbakanı Radev’i, 11-12 Kasım’da Antalya’da düzenlenecek COP31 Liderler Zirvesi’ne de davet etti. — T.C. İletişim Başkanlığı (@iletisim) October 21, 2026
Oxşar xəbərlər

Dünya
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandasına uduzub
Report.az · 21 oktyabr 2026, 22:47

Dünya
Slovakiyada kiberhücum təhlükələri səbəbindən bir neçə dövlət saytı müvəqqəti deaktiv edilib
Report.az · 21 oktyabr 2026, 22:47

Dünya
Zelenski Rusiyanın üçtərəfli komanda görüşünü dəstəklədiyini açıqlayıb
Ukrainskaya Pravda · 21 oktyabr 2026, 22:47

Dünya
Polşa Lvov vilayət şurasının üzvünün Şengen zonasına girişini qadağan edib
Ukrainskaya Pravda · 21 oktyabr 2026, 22:48