Bessent Avropanı ehtiyatlardan neft tədarükünü sürətləndirməyə çağırıb
2 oktyabr 2026, 02:15 · Mənbə: Report.az

Avropa ölkələri enerji resurslarının qiymətlərini sabitləşdirmək məqsədilə mart ayında öz ehtiyatlarından milyonlarla barel neftin dünya bazarına çıxarılması ilə bağlı götürdükləri öhdəlikləri hələ də yerinə yetirməyib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa ölkələri enerji resurslarının qiymətlərini sabitləşdirmək məqsədilə mart ayında öz ehtiyatlarından milyonlarla barel neftin dünya bazarına çıxarılması ilə bağlı götürdükləri öhdəlikləri hələ də yerinə yetirməyib.
"Report" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ qlobal enerji bazarlarının sabitləşdirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirir. Bununla yanaşı, Avropa ölkələri əvvəllər vəd etdikləri tədarükləri sürətləndirməli və davam edən fasilələrin aradan qaldırılması üçün əlavə həcmlər təqdim etməlidirlər.
"Amerikalı fermerlər, yük maşını sürücüləri və müəssisələr qlobal dizel yanacağı çatışmazlığının yükünü daşımamalıdır. Amerika üzərinə düşəni edir. Biz müttəfiqlərimizin öz öhdəliklərini konkret addımlarla dəstəkləyəcəyinə ümid edirik", – deyə Bessent yazıb.
Oxşar xəbərlər

Dünya
12 amerikalı senator Trampdan Putini zərər verən razılaşmanı ləğv etməyi tələb edib
Ukrainskaya Pravda · 14 oktyabr 2026, 09:16

Dünya
Papa Lev XIV ağciyər xərçəngi diaqnozu qoyub, uğurlu əməliyyat keçirib
Ukrainskaya Pravda · 14 oktyabr 2026, 08:47

Dünya
Kiyevdə rusların gecə raket və dron hücumunda üç nəfər həlak olub
Ukrainskaya Pravda · 14 oktyabr 2026, 08:47
