"Bank Respublika"nın nizamnamə kapitalı 240 milyon manatı keçəcək
2 oktyabr 2026, 15:45 · Mənbə: Report.az

"Bank Respublika" ASC nizamnamə kapitalını daha 39 546 542 manat və yaxud 19,7 % artıraraq 200 751 530 manatdan 240 298 072 manata çatdırmağı planlaşdırır.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bank Respublika" ASC nizamnamə kapitalını daha 39 546 542 manat və yaxud 19,7 % artıraraq 200 751 530 manatdan 240 298 072 manata çatdırmağı planlaşdırır.
"Report" xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 30 188 200 ədəd səhminin nominal dəyərinin 6,65 manatdan 7,96 manata çatdırılması hesabına baş tutacaq.
Bundan başqa, "Bank Respublika" 80 milyon manatlıq imtiyazlı səhm buraxmağı planlaşdırır. Hər birinin nominal dəyəri 1 manat olan 80 milyon ədəd yeni səhm qapalı üsulla yerləşdiriləcək. Qiymətli kağızları bir qədər əvvəl anonsu verilmiş konsolidasiya prosesi çərçivəsində "Access Bank" QSC-nin mövcud səhmdarlarının alacağı gözlənilir.
"Bank Respublika" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.
Oxşar xəbərlər

İqtisadiyyat
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
Report.az · 6 oktyabr 2026, 16:45
İqtisadiyyat
Fond meneceri yanğınlar, HVAC və Berkshire Hathaway-ə yatırım edir
MarketWatch · 6 oktyabr 2026, 15:48

İqtisadiyyat
Bakı limanının konteyner gücünün 500 min TEU-ya qədər artırılması planlaşdırılır
Report.az · 6 oktyabr 2026, 15:18