Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb
14 oktyabr 2026, 21:47 · Mənbə: Report.az

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb.
"Report" Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qərar yerli bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul olunub.
Belə ki, səhmdarlar "Davr Bank"ın adını "ABB Davr Bank" kimi təsdiqləyiblər, Hazırkı Müşahidə Şurasının səlahiyyətlərinə vaxtından əvvəl xitam veriblər. Belə ki, Bankın təsisçisi Lütfulla Ubayev, eləcə də Mirkodir Mirzəyatov, Ətxəm Alimov, Ozoda Əbdürrəhmanova və Şavkat Qiyasov Şuradan kənarlaşdırılıb, onların yerinə ABB-nin İdarə Heyətinin (İH) sədr müavinləri Taleh Tahirli və Aqşin Əmirov, eləcə də müstəqil üzvlər kimi Şəfəq Həsənova, Səid Abdunabiyev və Fərhod Roziyev seçiliblər. Bundan sonra L.Ubayev Şuranın iclaslarında səsvermə hüququ olmadan müşahidəçi kimi iştirak edəcək. O, ABB-nin Bankı nəzarətinə keçirməsindən əvvəl səhmlərinin 46,9%-nə sahib olub, hazırda isə payı 25,5 %-dir.
Bundan başqa, səhmdarların yığıncağında Bankın İH-nin sədr müavini Ravşan Tojiyev və sədr müavini vəzifəsini icra edən Əlişir Qurbanov vəzifələrindən kənarlaşdırılıb, onların yerinə ABB-nin baş direktoru Aynur Süleymanlı və İH sədrinin müşaviri Heybət Qədirov təyin ediliblər. İH-nə Abdumajid Səmədov sədrlik edəcək. Heyətə həmçinin Samarjon Nəzərov və Bankın Risklərin idarə edilməsi departamentinin direktoru Nadir Xəlilov daxildir.
Oxşar xəbərlər


İqtisadiyyat
Kiril Kuçinski Oktyabrın 23-də Mərkəzi Bankın İclasından Sonra Əsas Faiz Dərəcəsini Proqnozlaşdırıb
News.ru · 18 oktyabr 2026, 16:18

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17