Azərbaycanın Avstraliyadan qoyun ətinin alışına çəkdiyi xərci 6 dəfəyə kimi artıb
23 oktyabr 2026, 14:47 · Mənbə: Report.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 418,85 min ABŞ dolları dəyərində 102,41 ton qoyun əti idxal edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 418,85 min ABŞ dolları dəyərində 102,41 ton qoyun əti idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12,3 % çox, kəmiyyət olaraq – 4,7 % azdır.
Hesabat dövründə Azərbaycan Monqolustandan 410 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 17,1 % çox) 101,9 ton (+17,2 %), Yeni Zelandiyadan 3,92 min ABŞ dolları dəyərində (-12,7 %) 0,1 ton (-28,6 %), Avstraliyadan 3 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 0,05 ton (+66,7 %) və Rusiyadan 1,49 min ABŞ dolları dəyərində (-92 %) 0,38 ton (-98 %) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 638,44 ton qoyun ətinin 89,7 %-i Monqolustanın payına düşüb.
Oxşar xəbərlər

Biznes
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 15 %-ə yaxın artıb
Report.az · 23 oktyabr 2026, 10:16

Biznes
Mirziyoyev Qaşqadərya vilayətinin investisiya imkanlarını "AzerGold" rəhbərinin iştirakı ilə nəzərdən keçirib
Report.az · 22 oktyabr 2026, 20:17

Biznes
Dövlət Agentliyi: 8 ayda istehlakçıların aldadılmasına dair 17 inzibati protokol tərtib edilib
Report.az · 22 oktyabr 2026, 18:19
