Azərbaycandakı qoruqlardan 8 ayda 4 milyon manatdan artıq gəlir əldə olunub
28 sentyabr 2026, 12:45 · Mənbə: Report.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı qoruqlardan 4,1 milyon manatdan artıq gəlir əldə olunub.
Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib.
Onun sözlərinə görə, həmin gəlirlər infrastrukturun saxlanılmasına və inkişaf etdirilməsinə yönəldilir.
"Bundan başqa, əldə olunan gəlirdən bir hissə gəlir vergisi və digər formada dövlətə ödənilir. Təbii ki, bizim hədəfimiz daha çox turist cəlb olunması və daha çox gəlirin əldə edilməsidir. Dediyim gəlirlər sırf bilet satışı ilə bağlıdır. Amma biz Dövlət-Özəl Tərəfdaşlığı modeli ilə bir çox istiqamətlərdə iş aparırıq ki, gəlir təkcə bilet satışından olmasın, digər istiqamətlərdən də olsun", - deyə M.Ağabəyli əlavə edib.
Oxşar xəbərlər

İqtisadiyyat
Kiril Kuçinski Oktyabrın 23-də Mərkəzi Bankın İclasından Sonra Əsas Faiz Dərəcəsini Proqnozlaşdırıb
News.ru · 18 oktyabr 2026, 16:18

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Report.az · 17 oktyabr 2026, 14:47