Azərbaycanda "yaşıl investisiya" risklərinin sığortalanması müzakirə edilib
30 sentyabr 2026, 11:15 · Mənbə: Report.az

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) və "SOCAR Green" bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını, o cümlədən "yaşıl investisiya"ların cəlb edilməsi və Azərbaycanda layihələrin maliyyələşdirilməsi zamanı risklərin azaldılması üçün sığorta alətlərinin tətbiqi məsələsini müzakirə ediblər.
Yeniliklərdən dərhal xəbərdar olun!
İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) və "SOCAR Green" bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını, o cümlədən "yaşıl investisiya"ların cəlb edilməsi və Azərbaycanda layihələrin maliyyələşdirilməsi zamanı risklərin azaldılması üçün sığorta alətlərinin tətbiqi məsələsini müzakirə ediblər.
"Report" ICIEC-ə istinadən xəbər verir ki, müzakirələr Azərbaycanda səfərdə olmuş korporasiyanın baş direktoru Xalid Xələfalla və "SOCAR Green"in baş direktoru Elmir Musayevin görüşündə baş tutub.
Tərəflər potensial tərəfdaşlıq istiqamətlərini, o cümlədən ICIEC-nin siyasi risklərdən və ödəniş öhdəliklərinin yerinə yetirilməməsi risklərindən sığortalanma alətlərinin tətbiqini nəzərdən keçiriblər. Bu, investisiyaların səfərbər edilməsi, layihə risklərinin azaldılması və banklar tərəfindən "yaşıl layihə"lərin maliyyələşdirilməsi dayanıqlığının artırılmasına imkan verəcək.
ICIEC-dən qeyd ediblər ki, əməkdaşlıq Azərbaycanın bərpa olunan enerjinin inkişaf prioritetlərinə və SOCAR-ın ekoloji strategiyasına uyğundur.
Oxşar xəbərlər

İqtisadiyyat
Kiril Kuçinski Oktyabrın 23-də Mərkəzi Bankın İclasından Sonra Əsas Faiz Dərəcəsini Proqnozlaşdırıb
News.ru · 18 oktyabr 2026, 16:18

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Report.az · 17 oktyabr 2026, 14:47