Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
3 oktyabr 2026, 15:15 · Mənbə: Report.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 33,1 % artaraq 568,426 milyon manata çatıb.
Beləliklə, 8 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 88,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 71,9 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 115,395 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 773,153 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,1 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57,6 manat olub.
Oxşar xəbərlər

İqtisadiyyat
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
Report.az · 6 oktyabr 2026, 16:45
İqtisadiyyat
Fond meneceri yanğınlar, HVAC və Berkshire Hathaway-ə yatırım edir
MarketWatch · 6 oktyabr 2026, 15:48

İqtisadiyyat
Bakı limanının konteyner gücünün 500 min TEU-ya qədər artırılması planlaşdırılır
Report.az · 6 oktyabr 2026, 15:18