Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
30 sentyabr 2026, 10:17 · Mənbə: Report.az

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,27 ABŞ dolları və ya 3,48 % azalaraq 118,22 ABŞ dolları təşkil edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,27 ABŞ dolları və ya 3,48 % azalaraq 118,22 ABŞ dolları təşkil edib.
Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 119,09 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,23 ABŞ dolları və ya 3,66 % azalaraq 111,45 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.
Oxşar xəbərlər

İqtisadiyyat
Böyük banklar üçüncü rüb maliyyə göstəricilərini açıqlayır
MarketWatch · 11 oktyabr 2026, 16:19

İqtisadiyyat
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
Report.az · 6 oktyabr 2026, 16:45