Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
15 oktyabr 2026, 09:47 · Mənbə: Report.az

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,73 ABŞ dolları və ya 2,91 % azalaraq 124,14 ABŞ dolları təşkil edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,73 ABŞ dolları və ya 2,91 % azalaraq 124,14 ABŞ dolları təşkil edib.
Bu barədə "Report" neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 127,55 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,72 ABŞ dolları və ya 3,2 % azalaraq 112,79 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.
Oxşar xəbərlər

İqtisadiyyat
Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib
Report.az · 19 oktyabr 2026, 13:47

İqtisadiyyat
ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb
Report.az · 19 oktyabr 2026, 13:17

İqtisadiyyat
"e-müqavilə" altsistemində süni intellekt əsaslı "RDMİS AI" dəstək köməkçisi istifadəyə verilib
Report.az · 19 oktyabr 2026, 11:17

İqtisadiyyat
Azərbaycan 9 ayda 327 min tona yaxın azot gübrəsi ixrac edib
Report.az · 19 oktyabr 2026, 10:47