Azərbaycan 9 ayda 327 min tona yaxın azot gübrəsi ixrac edib
19 oktyabr 2026, 10:47 · Mənbə: Report.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 326 min 762,8 ton azot gübrəsi ixrac edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 326 min 762,8 ton azot gübrəsi ixrac edilib.
"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu ilin 9 ayında ixrac olunan azot gübrəsinin dəyəri 126 milyon 684,83 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun həcmi 23,5 %, dəyəri isə 4 % azalıb.
Azərbaycan məhsullarının ixracında azot gübrəsinin payı 0,71 % təşkil edir. Bu ilin 9 ayının ölkənin qeyri-neft sektoru üzrə ixracında payı isə 4,98 % təşkil edib.
Karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycanın sağlamlıq turizmi "Kurort" QSC tərəfindən Özbəkistanda təbliğ edilib
Report.az · 19 oktyabr 2026, 19:17

İqtisadiyyat
ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 7 %-dən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
Report.az · 19 oktyabr 2026, 17:17