Azərbaycan neft bitumu ixracını 3,5 dəfə artırıb
19 oktyabr 2026, 10:17 · Mənbə: Report.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 min 948,33 ton neft bitumu ixrac edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 min 948,33 ton neft bitumu ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 4 milyon 629,25 min ABŞ dolları təşkil edib.
Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 4,1 dəfə çoxdur.
Ötən 9 ay ərzində neft bitumunun ölkənin ümumi ixracında payı 0,02 % olub.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycanın sağlamlıq turizmi "Kurort" QSC tərəfindən Özbəkistanda təbliğ edilib
Report.az · 19 oktyabr 2026, 19:17

İqtisadiyyat
ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 7 %-dən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
Report.az · 19 oktyabr 2026, 17:17