Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
28 sentyabr 2026, 21:15 · Mənbə: Report.az

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "MAIRE Group"un baş icraçı direktoru Alessandro Bernini ilə görüşüb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "MAIRE Group"un baş icraçı direktoru Alessandro Bernini ilə görüşüb.
"Report" xəbər verir ki, R. Nəcəf bu barədə "X" sosial şəbəkə səhifəsində yazıb.
"Görüşümüzdə Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik inkişafını, eləcə də SOCAR ilə MAIRE arasında uzun illər ərzində formalaşmış uğurlu tərəfdaşlığın önəmini qeyd etdik.
Neft emalı və neft-kimya sahəsində əməkdaşlığımızın mühüm nümunələri kimi "SOCAR Polymer" layihəsi və Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası çərçivəsində görülən işlərə toxunduq, həmçinin tərəfdaşlığımızın yeni istiqamətlər üzrə inkişafı və birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirdik.
Əldə etdiyimiz nəticələrin və qarşılıqlı etimadın əməkdaşlığımızın növbəti mərhələsi üçün möhkəm zəmin yaratdığına inanıram", - paylaşımda qeyd olunub.
Bu gün “MAIRE Group”un baş icraçı direktoru Alessandro Bernini ilə görüşümüzdə Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik inkişafını, eləcə də SOCAR ilə MAIRE arasında uzun illər ərzində formalaşmış uğurlu tərəfdaşlığın önəmini qeyd etdik. — Rovshan Najaf (@RovshanNajaf) September 28, 2026 Neft emalı və… pic.twitter.com/BJxjaA7r2G
Oxşar xəbərlər

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Report.az · 17 oktyabr 2026, 14:47

İqtisadiyyat
Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Report.az · 17 oktyabr 2026, 14:17