Azərbaycan İslamabadda İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsini təklif edib
16 noyabr 2026, 18:47 · Mənbə: Report.az

Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, iclasda çıxış edən nazir müavini İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlıq imkanları ilə bağlı ölkənin mövqeyini diqqətə çatdırıb.
Ötən il Xankəndidə keçirilmiş İƏT-in 17-ci Zirvə görüşünün və ilk "İƏT Həftəsi"nin regional əməkdaşlığın inkişafına töhfəsi qeyd olunub, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Fotoqalereya
1 / 4Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinin regionda bağlantıların gücləndirilməsində rolu diqqətə çatdırılıb. Ölkədə yerləşən İƏT təsisatlarının fəaliyyətinin dəstəklənməsinin vacibliyindən bəhs olunub.
Nazir müavini, həmçinin regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində ölkəmizin səyləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin qayıdışı barədə məlumat verib.
Görüşün sonunda "İslamabad Kommünikesi" adlı yekun sənəd qəbul edilib.
Səfər çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərini, o cümlədən nazir müavini Elnur Məmmədovu qəbul edib.
Oxşar xəbərlər


Siyasət
Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək
Report.az · 22 noyabr 2026, 20:47

Siyasət
Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır
Report.az · 22 noyabr 2026, 20:47

Siyasət
Şamaxıda "Gənclik Yolunda" layihəsinin açılış mərasimi keçirilib
Report.az · 22 noyabr 2026, 15:46