Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək
22 oktyabr 2026, 16:47 · Mənbə: Report.az

Bu gün Malayziyanın Kuçinq şəhərində Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) 22-ci Üçillik Baş Assambleyası keçirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Malayziyanın Kuçinq şəhərində Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) 22-ci Üçillik Baş Assambleyası keçirilib.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Assambleya çərçivəsində Agentliyin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova təşkilatın 2029-cu ildə keçiriləcək növbəti Üçillik Baş Assambleyasına Bakı şəhərinin ev sahibliyi ilə bağlı təqdimat edib.
Təqdimat zamanı Azərbaycanın zəngin mədəni irsi, xüsusilə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidə və tarixi əraziləri, Bakının müasir infrastrukturu, beynəlxalq tədbirlərin təşkilində təcrübəsi barədə məlumat verilib. Həmçinin Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini əks etdirən videoçarx nümayiş etdirilib.
Assambleyada ICOMOS-un İdarə Heyəti Bakı şəhərinin 2029-cu ildə ICOMOS-un 23-cü Üçillik Baş Assambleyasına ev sahibliyi etməsi barədə qərar qəbul edib.
2021-ci ildə Dövlət Turizm Agentliyinin dəstəyi ilə yaradılmış ICOMOS Azərbaycan Milli Komitəsi ölkədə mədəni irsin qorunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bu sahədə peşəkar təcrübə mübadiləsinin təşviqi istiqamətində fəaliyyət göstərir. ICOMOS-un üç ildən bir təşkil olunan Baş Assambleyası isə mədəni irsin qorunması sahəsində ən mühüm beynəlxalq platformalardan biridir.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycan Britaniya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı nəzərdən keçirib
Report.az · 22 oktyabr 2026, 17:17

İqtisadiyyat
Azərbaycan Çin ilə günəş və dənizdə külək enerjisi layihələrini müzakirə edib
Report.az · 22 oktyabr 2026, 15:17


İqtisadiyyat
Nazirlik: Büdcə təşkilatları cari maliyyədən çox, sektorun inkişafına köklənməlidir
Report.az · 22 oktyabr 2026, 13:17