TəciliFinlandiya baş naziri Kiyevə səfər edir, Rusiya hücumları artırır

TopXəbər

Azərbaycan Britaniya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı nəzərdən keçirib

22 oktyabr 2026, 17:17 · Mənbə: Report.az

Azərbaycan Britaniya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı nəzərdən keçirib

Azərbaycan və Böyük Britaniyanın "Xlinks" şirkəti arasında "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin inkişafında şirkətin mümkün iştirakı, layihənin texniki və kommersiya həlləri, maliyyələşdirmə və idarəetmə modeli üzrə fikir mübadiləsi aparılıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan və Böyük Britaniyanın "Xlinks" şirkəti arasında "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin inkişafında şirkətin mümkün iştirakı, layihənin texniki və kommersiya həlləri, maliyyələşdirmə və idarəetmə modeli üzrə fikir mübadiləsi aparılıb.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Bakıda energetika naziri Pərviz Şahbazovla şirkətin baş icraçı direktoru Ceyms Hamfri (James Humfrey) arasında keçirilən görüşdə aparılıb.

P. Şahbazov elektrikləşmənin sürətləndiyi dövrdə ölkələrarası enerji bağlantılarının enerji təhlükəsizliyi, ekoloji dayanıqlılıq və iqtisadi rifah baxımından əhəmiyyətini vurğulayıb. Bu bağlantıları ölkələr və regionlar arasında yeni ticarət imkanları yaradan körpülərə bənzədən nazir Cənub Qaz Dəhlizi təcrübəsinin belə layihələrin xalqları birləşdirdiyini, əlavə iqtisadi dəyər və uzunmüddətli əməkdaşlıq yaratdığını göstərdiyini bildirib. "Yaşıl Enerji Dəhlizi"ndə fiber-optik bağlantının da nəzərdə tutulmasının enerji və rəqəmsal əməkdaşlıq imkanlarını genişləndirdiyi qeyd edilib.

C. hamfri şirkətin layihənin inkişafına dəstək göstərmək, birgə investisiya qoymaq və inkişaf mərhələsində öz vəsaiti ilə iştirak etmək marağını ifadə edib. "Xlinks"in texniki komandasının sualtı kabel və yüksək gərginlikli sabit cərəyan sistemləri üzrə təcrübəsi barədə məlumat verilib. Kapital xərclərinin optimallaşdırılması, icra müddətlərinin qısaldılması və Avropa bazarlarına çatdırılacaq elektrik enerjisinin rəqabətqabiliyyətliliyinin artırılmasına dair təkliflər təqdim olunub. Tənzimlənən və kommersiya əsaslı komponentləri birləşdirən hibrid modelin maliyyələşdirmə imkanları və Avropa İttifaqının tənzimləyici çərçivəsi ilə uyğunluğu nəzərdən keçirilib.