Bakı metrosuna yeni sədr müavini təyin edilib
22 oktyabr 2026, 15:17 · Mənbə: Report.az

"Bakı Metropoliteni" QSC-nin İdarə Heyətinin (İH) sədrinə daha bir müavini təyin edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Metropoliteni" QSC-nin İdarə Heyətinin (İH) sədrinə daha bir müavini təyin edilib.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin vəzifə Zaur Nağıyevə həvalə olunub.
Bununla da sədr müavinlərinin sayı 3-ə çatıb.
Yeni müavin 1982-ci ildə anadan olub, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetində Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını başa vurub, 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin birgə təşkil etdiyi proqram çərçivəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.
O, 2005-2008-ci illərdə və 2009-2013-cü illərdə BMT-nin müxtəlif təşkilatlarında (UNHCR, WFP və UNICEF) çalışıb. 2008-2009-cu illərdə və 2013-2014-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrini icra edib. 2014-cü ildən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Hüquq departamentinin rəisi, 2022-ci ildən həmin qurumun İH sədrinin müavini olub.
Z.Nağıyev eyni zamanda ADA Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.
O, 2017-ci ildə "Tərəqqi" medalı, 2018-ci ildə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı ilə təltif edilib.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycan Çin ilə günəş və dənizdə külək enerjisi layihələrini müzakirə edib
Report.az · 22 oktyabr 2026, 15:17

İqtisadiyyat
Nazirlik: Büdcə təşkilatları cari maliyyədən çox, sektorun inkişafına köklənməlidir
Report.az · 22 oktyabr 2026, 13:17

İqtisadiyyat
Asiya səhm bazarları dəyir, bitcoin geri çəkilir, Çin ayı bazarına daxil olur
CoinDesk · 22 oktyabr 2026, 13:19

İqtisadiyyat
Maliyyə Nazirliyi: Satınalma, mühasibat və xəzinədarlıq kodları vahid sistemdə olacaq
Report.az · 22 oktyabr 2026, 11:48