Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
30 sentyabr 2026, 13:49 · Mənbə: Report.az

Azərbaycan İnvestisiya Holdinqi (AİH) Çinin "Silk Road Fund" (SRF) ilə Birgə İnvestisiya Fondu yaradır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan İnvestisiya Holdinqi (AİH) Çinin "Silk Road Fund" (SRF) ilə Birgə İnvestisiya Fondu yaradır.
Bu barədə "Report"a AİH-dən bildirilib.
Məlumata görə, ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard ABŞ dolları) təşkil edən Birgə İnvestisiya Fondu Azərbaycanda, eləcə də Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsündə iştirak edən digər ölkələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
Fond AİH və SRF tərəfindən investisiya imkanlarının birgə nəzərdən keçirilməsi və perspektiv layihələrin maliyyələşdirilməsi üçün çərçivə yaradacaq. Bu yeni mexanizm tərəflər arasında investisiya əməkdaşlığının genişləndirilməsi və müxtəlif layihələrə uzunmüddətli kapitalın cəlb edilməsi üçün əlavə imkanlar yaradacaq.
Birgə İnvestisiya Fondunun yaradılması AİH və SRF arasında 2025-ci ilin aprel ayında imzalanmış Çərçivə Sazişinə əsaslanır. Saziş çərçivəsində qurulmuş əməkdaşlığın davamı olaraq, tərəflər Fondun yaradılması istiqamətində işləri davam etdirib, potensial investisiya sahələri, Fondun strukturu və fəaliyyət prinsipləri üzrə müzakirələr aparıblar.
Fondun yaradılması Azərbaycan və Çin arasında investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi istiqamətində mühüm addımdır. AİH və SRF Fond çərçivəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyən edilməsi və maliyyələşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirməyi planlaşdırır.
Oxşar xəbərlər

İqtisadiyyat
Kiril Kuçinski Oktyabrın 23-də Mərkəzi Bankın İclasından Sonra Əsas Faiz Dərəcəsini Proqnozlaşdırıb
News.ru · 18 oktyabr 2026, 16:18

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Report.az · 17 oktyabr 2026, 14:47