TopXəbər

Avropa Rusiya enerjisinə qışda ehtiyac duyacaq

4 oktyabr 2026, 11:15 · Mənbə: TASS

Avropa Rusiya enerjisinə qışda ehtiyac duyacaq

Rusiya investisiya fondunun rəhbəri Kirill Dmitriev Avropanın qışda Rusiya enerjisinə bağlı olacağını bildirib.

TASS yazır ki, Kirill Dmitriev Avropa ölkələrinin qışda yaşaya bilməsi üçün Rusiya energetikasına ehtiyacı olduğunu deyib.

Dmitriev bildirib ki, Aİ-nin davam edən enerji siyasəti nəticəsində yaranan ideoloji səhvlər ciddi təsir göstərib və bu, gələn qışda daha qabarıq görünəcək.

O, bu açıqlamanı ABŞ-dan məşhur bloqer və kripto sahibkarı Mario Nawfalın Avropada qaz qiymətlərinin artması ilə bağlı paylaşımına münasibət bildirərkən deyib.

Kirill Dmitriev əvvəlcə qeyd edib ki, 2022-ci ildən sonra Avropa İttifaqı üçün ən ağır ola biləcək yaxınlaşan qış, Rusiya enerji təchizatından imtina etmənin nəticələrini bir daha göstərəcək.