ASELSAN KANGAL və EJDERHA ilə dronlara qarşı müdafiə göstərdi
29 sentyabr 2026, 15:45 · Mənbə: Anadolu Ajansı

ASELSAN KANGAL FPV 100 və EJDERHA AD 210 sistemləri ilə mini və mikro İHA-lar, yeni nəsil FPV dronlarına qarşı müdafiə qabiliyyətlərini nümayiş etdirdi.
Anadolu Ajansı yazır ki, ASELSAN yeni dövrlərin elektron döyüş təhlükələrini qarşılamaq üçün hazırladığı KANGAL FPV 100 və EJDERHA AD 210 sistemlərini Gölbek Atış və Test Mərkəzində test edib.
KANGAL FPV 100 sistemi mini və mikro İHA-ları, həmçinin müxtəlif FPV dronlarını aşkarlayıb qarışdırmaq və təsirsizləşdirmək üçün optimallaşdırılıb. Sistem uzaqdan idarə olunan görüntü ötürücü (VTX) siqnalları və protokol analizini də uğurla həyata keçirib.
EJDERHA AD 210 yüksək güclü elektromaqnit texnologiyası tətbiq edərək radar və elektro-optik vasitələrlə hədəfləri müəyyənləşdirir, izləyir və müxtəlif dron növlərini, o cümlədən çoxlu kabel vasitəsilə idarə olunan, kabelli və simsiz FPV dronlarını, sabit qanadlı və daxili yanma mühərrikli dronları effektiv şəkildə neytrallaşdırır.
Bu iki sistem birlikdə dron və İHA təhlükələrinə qarşı çoxqatlı müdafiə təmin edir. KANGAL FPV 100 FPV siqnallarını qarışdırarkən, EJDERHA AD 210 elektron sistemlərə qarşı yüksək güclü müdaxilə göstərir, beləliklə hər növ təhlükəyə qarşı vahid və geniş spektrli qoruma formalaşır.
Dron istifadəsinin artması ilə təhlükəsizlik sahəsində yeni həllərə tələbat da yüksəlir. ASELSAN-ın bu sistemləri yeni nəsil təhlükələrə qarşı qabaqlayıcı müdafiə təklif edir.
Oxşar xəbərlər

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47

Dünya
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Report.az · 20 oktyabr 2026, 06:17

Dünya
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Report.az · 20 oktyabr 2026, 05:47