TopXəbər

Antalyada fuhuş və narkotik əməliyyatında 20 şəxs saxlanılıb

29 sentyabr 2026, 13:47 · Mənbə: Hürriyet

Antalyada fuhuş və narkotik əməliyyatında 20 şəxs saxlanılıb

Antalyanın Serik rayonunda keçirilən əməliyyatda turizm və iş adamları daxil olmaqla 20 nəfər saxlanılıb.

“Hürriyet” yazır ki, Antalya Polis İdarəsinin KOM və Serik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik və fuhuş əməliyyatı təşkil edilib.

Serik Cumhuriyyət Baş Prokurorluğunun göstərişi ilə aparılan əməliyyatda aralarında iş adamları və turizmçilərin də olduğu 20 nəfər barəsində saxlanma qərarı verilib.

Əməliyyat səhərin erkən saatlarında reallaşıb və saxlanılan şəxslər təhqiqat üçün polisə gətirilib.

Hazırda şübhəlilərin işləri ilə bağlı araşdırmalar davam edir.