Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
23 noyabr 2026, 21:17 · Mənbə: Report.az

Alyona Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Alyona Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib.
"Report" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Mərkəzin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.
Fotoqalereya
1 / 4Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
Beş il əvvəl açılışı olan Mərkəzdə, habelə sonralar yaradılan İsmayıllı və Bərdədəki filiallarda ötən dövrdə 1160-dan çox şəxs təlimlərə və sosial-psixoloji xidmətlərə cəlb edilib. Hazırda 380-dək benefisiar bacarıqlarını inkişaf etdirir.
Alyona Əliyeva Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olub. O, müəssisədə fəaliyyət göstərən səsyazma, floristika, bədii oyma, xalçaçılıq, keramika, təsviri incəsənət, kapoeyra studiyalarında olub, həssas qruplara aid şəxslərlə görüşüb, onların yaradıcılıq prosesini izləyib.
Qonağa DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həyata keçirdiyi tədbirlər və sosial təşəbbüslər, Mərkəzin benefisiarlarının yaradıcılıq nümunələrinin daha geniş təbliği, geniş auditoriyaya təqdim edilməsi məqsədi daşıyan dostart.az portalının fəaliyyəti barədə də məlumat verilib.
Alyona Əliyeva Mərkəzin təlimçilərinin və benefisiarlarının iştirakı ilə təqdim edilən xüsusi inklüziv konsert proqramını izləyib.
Oxşar xəbərlər

Siyasət
Nazir müavini: Azərbaycan və Albaniya energetika, ticarət və investisiya sahələrində əməkdaşlığı genişləndirir
Report.az · 23 noyabr 2026, 20:17

Siyasət
Roma Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafını dəstəkləyir
Report.az · 23 noyabr 2026, 14:47

Siyasət
İtaliyanın XİN rəhbəri Bakıdakı danışıqlara yüksək qiymət verib
Report.az · 23 noyabr 2026, 14:17

Siyasət
Prezident ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı dəyişikliyi imzalayıb
Report.az · 23 noyabr 2026, 14:17