Almaniya və digər ölkələr AB büdcəsində kəsintini tələb edir
29 sentyabr 2026, 14:45 · Mənbə: Anadolu Ajansı

Almaniya, Hollanda, Avstriya, Danimarka, İsveç və Finlandiya Avropa İttifaqının yeni büdcəsinin azaldılmasını istəyir. Onlar büdcənin hazırkı ilə müqayisədə 60 faiz artmasını real saymırlar.
Anadolu Ajansı yazır ki, Almaniya, Hollanda, Avstriya, Danimarka, İsveç və Finlandiya liderləri İrlandiya rəhbərliyinə yazdıqları məktubda Avropa İttifaqının yeni büdcə təklifində bir neçə yüz milyard avro dəyərində kəsintiyə dair müraciət etdilər.
Liderlər ölkələrinin AB büdcəsinin təxminən 40 faizini ödədiyini vurğulayıb və büdcənin indiki dövrə nisbətən 60 faiz artırılmasını real olmayan addım kimi qiymətləndiriblər.
Yeni gəlir mənbələri yaradılsa belə, xərclərin Avropa vətəndaşlarının üzərinə düşəcəyini bildirən liderlər, büdcə təklifinin azaldılmasını istəyirlər.
Avropa Komissiyası 2028-2034-cü illər üçün təxminən 2 trilyon avro məbləğində büdcə təklifi təqdim edib. Bu büdcə kənd təsərrüfatı, müdafiə, infrastruktur və regional inkişaf sahələrini əhatə edir.
İndiki dövrün sədri olan İrlandiyanın büdcə rəqəmlərini yeniləyən müzakirə layihəsini təqdim etməsi gözlənilir.
AB üzvləri 15-16 oktyabrda Brüsseldə keçiriləcək zirvdə büdcə məsələsini müzakirə edəcəklər. Yeni büdcənin 1 yanvar 2028-ci ildə qüvvəyə minməsi üçün siyasi razılıq zəruridir.
Oxşar xəbərlər

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47

Dünya
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Report.az · 20 oktyabr 2026, 06:17

Dünya
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Report.az · 20 oktyabr 2026, 05:47
